Almaniya Çempionatı 8-ci tur

1). Borussia Dortmund-Herta 1:1

2). Ayntraxt-Bavariya 2:2

3). Borussia M-Hamburq 0:0

4). Auqsburq-Şalke 1:1

5). Verder-Bayer 2:1

6). Köln-İnqolştadt 2:1

7). Hoffenhaym-Frayburq 2:1

8). Volsburq-Leyptsiq 0:1

9). Mayts-Darmştadt 2:1

TƏHLİL: “Bavariya” ardıcıl 2-ci oyununda da xal itkisinə məruz qalıb.”Ayntraxt” komandasının qonağı olan “Bavariya” hesabı erkən açdı, Robben fərqləndi.Fasiləyə 2 dəqiqə qalmış ev sahibi komanda bərabərlik qolunu vurmağa bacardı. İkinci hissədə daha fəal nəzərə çarpan “Bavariya” matçın 62-ci dəqiqəsində Kimmix’in vurduğu qolla hesabda irəli çıxdı. Qeyd edək ki, bu alman futbolçunun keçirdiyi son 7 rəsmi matçında vurduğu 6-cı qol oldu.

Lakin “Ayntaxt” 78-ci dəqiqədə Fabian’ın sinəsiylə vurduğu qolla məğlubiyyətdən qaçdı 2:2. Borussia Dortmund-Herta matçında da bərabərlik qeydə alındı. Ştoker’in 51-ci dəqiqədə vurduğu qola Obameyanq 80-ci dəqiqədə cavab verdi.”Leypstiq”fırtınası isə davam edir.

Volsburq’u səfərdə minimal hesabla məğlub edən debütant turnir cədvəlində 3-cü pilləyə yüksəlməyi bacarıb.

Verder-Bayer matçında isə gözlənilmədən 2:1 hesabıyla ev sahibi komanda qalib gəldi.

“Köln” öz meydanında qəbul etdiyi İnqolştadt’ı Modeste’nin dublu ilə 2:1 hesabı ilə məğlub etməyi bacardı.

Auqsburq-Şalke oyununda qalib müəyyənləşmədi hərəyə 1 qol hərəyə 1 xal.

( PƏRVİN BAYRAMOV).

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: