Baku City CircuitFormula 1

Almaniya Qran-Prisi birillik fasilədən sonra dünya çempionatında

Alman “Nürburqrinq” avtodromunun rəhbərliyi dünya çempionatının təşkilatçıları ilə danışıqlar aparıb.

Frame.az motorsport.com saytına istinadla xəbər verir ki, avtodromun meneceri Mirko Markfort F-1 yarışlarının yenidən “Nürburqrinq”də keçirilməsini arzu etdiklərini bildirib. “Biz şad olarıq ki, 2019-cu ildə Formula-1 yenidən “Nürburqrinq”ə qayıtsın. Bu, o halda mümkün olar ki, biz məsələnin iqtisadi tərəfini diqqətə ala bilək”, – deyə Markfort əlavə edib.

O, avtodrom nümayəndələrinin Liberty Media ilə danışıqlar apardığını təsdiq edib. Bu danışıqlar Markroftun çempionatın rəhbəri Çeyz Keri ilə görüşdüyü Əbu-Dabi mövsümünün son yarışları zamanı keçirilib.

“Nürburqrinq”də yarışlar sonuncu dəfə 2013-cü ildə olub. Bu mövsümdə Almaniya Qran-Prisi birillik fasilədən sonra dünya çempionatının təqviminə daxil ediləcək, lakin yarışların bu mərhələsi “Hokkenqhaymrinq” avtodromunda keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!