Idman

Almaniya Super Kubokunun qalibi Bavariya!

Borussiya Dortmund – Bavariya (penalti seriyası 5:4).

“Siqnal İduna Park”-da keçirilən final matçında Bavariya və Borussiya Dortmund komandaları üz-üzə gəlib. Görüşə fəal başlayan Borussiya Dortmund 12-ci dəqiqədə hesabı açmağa müvəffəq oldu. Xavi Martinez’in səhvindən istifadə edən Kristian Pulişiç qapıçı Ulrayx’la təkbətək qalaraq hesabı açdı 1:0. Lakin meydan sahiblərinin sevinci uzun çəkmədi. Qoldan cəmi 6 dəqiqə sonra Kimmix’dən ötürmə alan Levandovski topu boş qapıdan keçirərək hesabı bərabərləşdirdi 1:1.

Fasilə ərəfəsində Riberi’nin asmasından sonra yeni ransfer Tolisso fərqlənməyə yaxın olsa da onun başla endirdiyi zərbə qapıdan azca aralı keçdi.

Oyunun 71-ci dəqiqəsində Dembele’dən ötürmə alan Obameyanq qapıçı ilə üz-üzə qalaraq komandasını hesabda yenidən önə çıxartdı 2:1.

Məğlubbiyyətlə barışmaq istəməyən Bavariya irəli atılararaq son dəqiqələrdə məğlubiyyətdən xilas ola bildi.

Kimmix’in zərbəsindən sonra top Pişçek’ə deyərək Bürki’nin qoruduğu qapıdan keçdi 2:2.

Penalti seriyasını daha dəqiq yerinə yetirən Bavariya komandası Ölkə Super Kubokunun qalibi olub.

PƏRVİN BAYRAMOV.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!