IqtisadiyyatTurizmTəqdimat

Almaniya turoperatorlarına Azərbaycanın turizm imkanları tanıdılır

Sentyabrın 30-da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Almaniya turoperatorı ilə 100-ə yaxın yerli turizm şirkətinin nümayəndələri arasında tanışlıq görüşü baş tutub.

B2B (Biznesdən-biznesə) formatlı görüşdə alman şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub, gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılıb.

Berlin, Köln, Münhen və Frankfurt şəhərlərini təmsil edən 10 şirkət nümayəndələrinə Azərbaycandakı alman irsinin təqdim edilməsi məqsədilə Bakı, Gəncə, Göygöl və Şəmkir rayonlarına tanışlıq səfərləri təşkil ediləcək.

Səyahət paketlərinə Azərbaycanı ayrıca istiqamət kimi daxil edən turoperatorlar oktyabrın 5-dək tanışlıq səfərlərində iştirak edəcəklər.

Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Almaniyanın Münhen şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!