Almaniyalı pilot Sofiya Fleyrş beynəlxalq mükafata layiq görülüb

Almaniyalı qadın pilot Sofiya Fleyrş “Laureus” Dünya İdman Akademiyası tərəfindən 2019-cu ilin ən yaxşı idmançısı mükafatına layiq görülüb.

Frame.az xəbər verir ki, pilot “İlin qayıdışı” nominasiyasında fərqlənib.

S.Fleyrş 2018-ci ildə Makao Qran-Prisi zamanı ciddi qəza keçirib. Uzun müddətli bərpa prosesindən sonra pilot yenidən yarışlara qatılıb və mükafatçılar sırasında yer alıb.

Qalibin mükafatlandırılması mərasimi Berlində keçirilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: