Idman

Alpaqut Turan Döyüş Sənəti üzrə ümumrespublika məşqçilər seminarı keçirilmişdir

11 fevral 2018-ci il tarixində Alpaqut Turan Döyüş Sənətinin Müəllifi Kutsan Vasif Namazov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində Alpaqut Turan Döyüş Sənəti üzrə ümumrespublika məşqçilər seminarı keçirilmişdir.

Seminarda ölkəmizin müxtəlif rayonlarından 40 nəfərdən cox Azərbaycan Alpaqut Federasiyasının Rayonlar üzrə filial sədrləri (məşqçilər) və həmçinin Struktur üzvləri də iştirak etmişlər.

Seminarın əsas mahiyyəti məşqçilərin, Alpaqut Turan Döyüş Sənəti haqqda daha zəngin biliklərə yeyəliklənməsi, məşq prosesində məşqçilərin alplarla (idmançılarla) sivil qaydada nizamnaməyə uyğun olaraq davranış qaydalarının xatırladılması və regionlarda Alpaqut Turan Döyüş Sənətinin inkişafının sürətləndirilməsində daha böyük səylərin göstərilməsi barədə təlimatlardan ibarət olub.

Seminarın sonunda Azərbaycan Alpaqut Federasiyanın daxilində gedən islahatlar, vəzifə dəyişiklikləri və yeni təyinatlar barədə də açıqlamalar verilmişdir. Seminarda iştirak edən hər bir şəxs Filial Sədri KUTSAN Vasif Namazov tərəfindən xüsusi diplomlarla təltif olunmuşdur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!