“AmCham” Azərbaycan hökumətinə öz dəstəyini bəyan edir

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) postmüharibə dövrü üçün Azərbaycan hökumətinə tam dəstək verəcəyini bəyan edir.

“AmCham Azərbaycan”dan Frame.az-a bildirilib ki, 260 üzvü birləşdirən ən böyük biznes assosiasiyası olaraq “AmCham” hökumətin işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafı istiqamətindəki səylərini dəstəkləyir və bu istiqamətdə öz töhfəsini verməyə hazırdır.

“Ölkəmizin ən vacib hədəfinə çatması istiqamətində dayanıqlı siyasət və müvafiq həll yollarının müəyyən edilməsi və həyata keçirilməsində hökumət, yerli və xarici işgüzar dairələr, eləcə də digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edəcəyik. “AmCham Azərbaycan”, həmçinin Prezident İlham Əliyev tərəfindən “YAŞAT” Fondunun yaradılmasını alqışlayır və ona hər cür yardım və dəstək göstərməyə hazır olduğunu bildirir. Palata həyatını və sağlamlığını Vətən üçün qurban verən bütün qəhrəmanlara ən dərin hörmətini ifadə edir və bütün üzvlərini onların ailələrinə mənəvi və maddi dəstək göstərməyə çağırır”, – deyə qurumun məlumatında deyilir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: