“AmCham” Azərbaycanda ilk dəfə tərəfdaşları üçün CSR gecəsi keçirib

Azərbaycanda Amerika Tisarət Palatası (“AmCham”) Azərbaycanda ilk dəfə olaraq tərəfdaşları üçün CSR gecəsi (“CertificateSigningRequest”) təşkil edib ki, tədbirdə ölkədə fəaliyyət göstərən işgüzar dairələrin və qeyri-kommersiya təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirin əsas məqsədlərindən biri böhran və büdcələrin azaldılması şəraitində CSR layihələrinin və analoji tərəfdaşlığın həyata keçirilməsi imkanlarının müzakirəsi istiqamətində biznes və qeyri-kommersiya təşkilatları üçün platformanın yaradılması idi. Görüşün digər vacib bir məqamı ölkənin gələcək inkişafı naminə müxtəlif birgə layihələrin icrasının müzakirəsi olub.

Tədbirdə salamlama nitqi ilə çıxış edən “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova qeyd edib ki, sözügedən tədbir biznes və şirkətlər üçün əla platformadı və burada icraçı tərəfdaşlar və vətəndaş cəmiyyəti yeni imkanların müzakirəsi və ölkənin davamlı inkişafı naminə mühüm layihələrin reallaşması üçün səylərini birləşdirə bilərlər.N. Məmmədova ötən il Azərbaycanda yaradılan və 2030-cu ilədək diqqəti milli prioritetlərə yönəlmiş Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əhəmiyyətinə toxunub. Milli prioritetləri qlobal məqsədlərə uyğun müəyyənləşdirmək məqsədilə “AmCham” CSR üzrə Komitə vasitəsilə ölkədə ümumi cari vəziyyəti qiymətləndirmək və müxtəlif strukturlar, özəl və qeyri-hökumət təşkilatları ilə sözügedən sektorun inkişafı istiqamətində dialoqu fəallaşdırmağa çalışır.

Öz növbəsində “AmCham”ın CSR üzrə Komitəsinin sədri Aynur Piriyeva Komitənin fəaliyyəti barədə, həmçinin “Birgə və Sağlam” Assosiasiyasının nümayəndəsi olan Aytən Eynalovanı təqdim edib və o, tədbir çərçivəsində autizm sindomlu valideyin və uşaqlar tərəfindən hazırlanmış kuklaları nümayiş etdirib.

Bundan başqa, A. Piriyeva CSR üzrə Komitə sədrinin müavini Orxan Rəcəbova söz verib ki, o da öz növbəsində təqdimatla çıxış edib və 2014-2015-ci illər üzrə “CSR Excellence Award” mükafatı, onun layihələri və münsifləri barədə məlumat verib.

“AmCham” haqqında:

“AmCham” – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, “AmCham” öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış “AmCham” 250-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. “AmCham” Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə “AmCham”ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. “AmCham” üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: