Təqdimat

“AmCham” Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı imzalanan Sərəncamı dəstəkləyir

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham” Azərbaycan) ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı dəstəkləyir.

“AmCham” Azərbaycanın icraçı direktoru Natəvan Məmmədovanın sözlərinə görə, müvafiq Sərəncamın imzalanması Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində prioritet sahələrdən olan kənd təsərrüfatının inkişafı üzrə hökumətin təşəbbüslərindən biri kimi xüsusi əhəmiyyət kəsb edir.

“AmCham” Azərbaycan hökumətinə və ictimaiyyətə özünün “Ağ Sənəd” (“White Paper”) və digər rəy sənədləri formasında “AmCham”ın müşahidələrini əks etdirən, qanunvericilik, tənzimləmə və icra məsələlərini əhatə edən və biznes mühitinə, o cümlədən kənd təsərrüfatına xüsusi təsiri olan təkliflərini təqdim etmək imkanını yüksək qiymətləndirir. “AmCham” sözügedən Sərəncamda qeyd olunmuş və Palatanın Azərbaycan hökumətinə təqdim etdiyitəklifləri əks etdirən kənd təsərrüfatı sahəsində maliyyəyə çıxış, kreditlərin tətbiqi, risklərin idarə olunması mexanizmlərinin hazırlanması, kredit təşkilatlarının stimullaşdırılması, aqrar sahədə investisiya mühitinin yaxşılaşdırılması kimi müddəaları görməkdən xüsusilə məmnundur.

Nəticə etibarilə, “AmCham” Azərbaycan ölkə hökumətinin hüquq yaradıcılığı prosesində şəffaflıq və ictimaiyyətin tövsiyələrini nəzərə almaq səylərini alqışlayır və bir daha ölkənin biznes mühitinin yaxşılaşdırılması məqsədilə hökumətlə uğurlu əməkdaşlıq və səmərəli dialoqu davam etdirməkdə hazır olduğunu ifadə edir. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!