IqtisadiyyatTəqdimat

AmCham Azərbaycan Ekologiya və Təbii Sərvətlər naziri ilə işgüzar görüş təşkil edib

Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə Azərbaycan ekologiyasına həsr olunmuş işgüzar görüş təşkil edib.

Tədbirdə diplomatik korpusun nümayəndələri də daxil olmaqla AmCham-ın 100-dən çox üzvü və tərəfdaşı iştirak edib və bir neçə üzv şirkətin fəaliyyəti və xidmətləri barədə təqdimatlar nümayiş olunub.

Görüşdə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, mövcud ekoloji problemlərin həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər, eyni zamanda Nazirliyin qarşısında duran vəzifələr və mövcud ekoloji problemlərin həlli yolları barədə nazir M.Babayev ətraflı məlumat verib, biznes sektoru nümayəndələri ilə birbaşa görüş imkanına görə Azərbaycanda Amerika Ticarət Palatasına təşəkkürünü bildirib.

 Qeyd edək ki, AmCham Azərbaycan üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

AmCham Azərbaycan xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!