Təqdimat

“AmCham” Azərbaycanda Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılmasını alqışlayır

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) Prezident İlham Əliyevin Azərbaycan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması təşəbbüsünü dəstəkləyir.

Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova qeyd edib ki, ölkədə kiçik və orta sahibkarlıq (KOS) üçün mərkəzləşdirilmiş agentliyin yaradılması Azərbaycanda kiçik və orta sahibkarlq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsində qeyd edilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində əldə edilmiş növbəti nailiyyətdir.

Agentliyin tərkibində yaradılacaq KOS evləri barədə də fikir bildirən Natəvan Məmmədova bildirib ki, bu evlər sahibkarları “bir pəncərə” prinsipi əsasındatəlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə və s. kimi xidmətlərlə təmin edən, eləcə də, KOS-un rəqabət qabiliyyətini və beynəlxalq mövqeyini gücləndirən xüsusi mərkəzlər olacaq.

“KOS-lar ölkənin iqtisadi inkişafında və yeni iş yerlərinin yaradılmasında aparıcı rol oynayacaqlar. Agentlik KOS-ların inkişafına böyük təkanverəcək və KOS-ların inkişafı ölkənin gəlirlərinin artmasına və bu istiqamətdə müəyyən edilmiş hədəflərə nail olmağa kömək göstərəcək. Agentliyin təsis edilməsikiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, maliyyə resurslarına KOS subyektlərinin çıxış imkanlarının genişləndirilməsi və regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması əsasında dayanıqlı inkişafı təmin edəcək”, – deyə Natəvan Məmmədova bildirib.

Natəvan Məmmədova, həmçinin Azərbaycanda “AmCham”ınAgentlik ilə əməkdaşlıq etməyə və Palatanın öz təcrübə və biliklərini Agentliklə bölüşməyə hər zaman hazır olduğunu da ifadə edib.

Azərbaycanda “AmCham”ölkədə xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham” iqtisadiyyatın hər bir sektorunda fəal olan 260-dan çox üzv və köməkçini özündə birləşdirir. Azərbaycan “AmCham” ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də, yerli investisiyaların mühüm bir hissəsini təmsil edir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!