AMERİKA ULDUZLARI VƏ PRODÜSERLƏRİ GƏNCLƏRƏ USTAD DƏRSLƏR KEÇƏCƏK

Frame.az xəbər verir ki, ADDIM təşkilatı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin dəstəyi ilə musiqi və əyləncə sektorunda çalışan , təhsil alan gənclər üçün təlimlər keçirəcək.

“Musiqi Biznesinin İdarə olunması” mövzusunda keçiriləcək tədbirlər 21 sentyabr saat 13:30 da Bakı Amerika Mərkəzində təşkil olunacaqdır. Layihə çərçivəsində təlimçilər John Ross, Kevin Hamilton, Rob Curto, Aynsley Povell, Jose de Faria gənclərə musiqi biznesinin fəaliyyət istiqamətləri və idarəçiliyi mövzusunda məlumatlar verəcəklər.

Ustad dərslərin sonunda gənclər və yerli peşəkarlarla birgə praktik məşğələlər və təlimlərin dinləyicilərinin sertifikatlarla təltif olunması nəzərdə tutulmuşdur.

Qeyd edək ki layihədə təşkilatı dəstək qismində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də iştirak edir.poster-04-03

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: