Amerikan ulduzlar Bakıda dərs keçdilər

ADDIM təşkilatı  Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin dəstəyi ilə musiqi və əyləncə sektorunda çalışan, təhsil alan gənclər üçün təlimlər həyata keçirilib. “Musiqi Biznesinin İdarə olunması” mövzusunda keçirilən tədbir 21 sentyabr saat 13:30 da Bakı Amerika Mərkəzində təşkil olunub. Təlimlərdə təşkilatın üzvləri, layihədə tərəfdaş qismində çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və “Səs Azərbaycan” yarışmasının finalçıları iştirak ediblər.

Layihə  çərçivəsində təlimçi qismində ölkəmizə  ABŞ-dan qastrol səfərinə gəlmiş “Matuto” qrupun üzvləri John Ross, Kevin Hamilton, Rob Curto, Aynsley Povell, Jose de Faria gənclərə musiqi biznesinin fəaliyyət istiqamətləri və idarəçiliyi mövzusunda məlumatlar verib gənclərə dünya musiqi sektorunun sirləri ilə bölüşüblər.

Ustad dərslərin sonunda gənclər və  amerikan musiqiçilər birgə musiqilər ifa ediblər. “Matuto”nun solisti John Ros və “Səs ” yarışmasının finalçıları Tofiq Hacıyev, Ləman Dadaşova, Ruslan Alişanın birgə “Qaytar Eşqimi” ifası xüsusi maraq doğurub.

Bundan başqa  təlimlərin dinləyicilərinin sertifikatlarla təltif olunublar. Qeyd edək ki layihədə təşkilatı dəstək qismində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də iştirak edir.

Frame.az

14440978_656756724483634_1911298140102283140_n 14446158_656756734483633_3585072492453364515_n 14445960_656756727816967_367103334010392538_n 14355799_656756841150289_8439847727878084353_n 14433118_656757111150262_1852433521743107458_n 14359161_656757214483585_3835786683891882701_n 14446154_656757324483574_1812289932752565274_n 14457550_656757331150240_5091023023839703324_n

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: