MüsabiqələrTəhsilTəqdimat

AMİM III Beynəlxalq Təlim Konfransı ilə əlaqədar növbəti video müsabiqəni elan edir

Müsabiqənin şərtləri belədir:

1. Səhifəmizi bəyənirsiniz (like)
2. Sinfinizdə dərs müddətində formativ, dərsin sonunda isə summativ qiymətləndirməni hansı üsulla apardığınıza dair 2-3 dəqiqəlik video çəkirsiniz.
3. Çəkdiyiniz videonu səhifəmizdə paylaşmaq üçün bizə göndərirsiniz.

*Qeyd: Hər bir kəs ancaq bir video təqdim edə bilər.

Paylaşılan videolar arasından ən çox bəyənilən 3 videonun sahibi (3 nəfər) 16-17 noyabr tarixlərində keçiriləcək “Öyrənmənin Qiymətləndirilməsi” adlı III Beynəlxalq Konfransımıza ödənişsiz iştirak haqqı qazanacaqdır.

Konfransda iştirak üçün onlayn qeydiyyatı və ödəməni aşağıdakı keçid vasitəsilə həyata keçirə bilərsiniz.
http://www.azteachers.az/az/node/232

Konfransın keçiriləcəyi məkan: Avropa Azərbaycan Məktəbinin orta məktəb binası.
Bakı şəhəri, Səbayıl rayonu, Badamdar şossesi, A. Abbaszadə küç, AZ1128. (Botanika bağının yanı).

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!