Anadangəlmə ürək qüsurları mövzusunda elmi-praktik konfrans

Ölkəmizdə səhiyyənin, o cümlədən kardiologiyanın inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin həmişə diqqət mərkəzində olub. Tibbi kadrların xaricdə təhsilinə, onların peşə hazırlığına böyük qayğı göstərən Ulu Öndər müasir tələbata cavab verən müasir diaqnostika və müalicə mərkəzlərinin yaradılmasına da çox böyük əhəmiyyət verirdi. İki ay əvvəl açılışı olan Bakı Ürək Mərkəzinin fəaliyyətini də onun çiçək açan arzularından biri hesab etmək olar. Onun layiqli davamçısı, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Mərkəzin açılışında iştirakı və verdikləri xeyir-dua bunu bir daha sübut edir.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzinin konfrans salonunda Ürək və Sağlamlıq Assosiasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü illiyinə həsr edilmiş “Anadangəlmə ürək qüsurlarının bu günü və gələcəyi” mövzusunda elmi-praktik konfransı giriş sözü ilə açan konfransın sədri, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov konfransın Ulu Öndərin xatirəsinə həsr olunmağını da bununla əlaqələndirib.

Frame.az xəbər verir ki, konfransın sədri müzakirə olunan məsələnin aktuallığını diqqətə çatdırandan sonra məruzələr dinlənilib. Konfransda Fransadan gələn professor Bernard Geeter “Anadangəlmə ürək qüsurlarında təxirəsalınmaz hallar”, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov “Fallo tetradasının total korreksiyası əməliyyatı”, İtaliyanın Milan şəhərindən gəlmiş professor Ermanna Mazza “Pediatrik ürək cərrahi əməliyyatlarından sonra yaradılmış süni hipotermiya”, RMDM-nin kardioloqu Mədinə Yüzbaşova “Pediatrik cərrahiyyədə erkən postoperativ ağırlaşmaların exokardioqrafik qiymətləndirməsi” mövzularında məruzə ediblər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: