Anaların maarifləndirilməsi seminarı keçirilib

Bakıda ilk dəfə olaraq anaların maarifləndirilməsinə həsr olunan tədbir keçirilib.

Noyabrın 4-də Bakının dəbdəbəli otellərindən birində ilk dəfə olaraq anaların maarifləndirilməsinə həsr olunmuş tədbir keçirilib.

Qeyd edək ki, Müasir Psixologiya Mərkəzinin rəhbəri psixoloq Aidə Nəbiyeva, nevroloq Günel Ümid, pediatr Aytən İsmayılzadə və uşaq cərrahı Fuad Məmmədovun təşəbbüsü ilə həyata keçirilən bu tədbirdə 200-ə yaxın qonaq iştirak edib.

Tədbir zamanı autizm xəstəliyi, uşaqlarda nitqi, zehni, fiziki, psixoloji və cərrahi sağlıq problemləri müzakirə olunub.

Seminar sual-cavab sessiyası və əyləncəli proqramla davam edib.

Sonda uduşlu lotoreya təşkil olunub və tədbirin sponsorları Crispa, İlğım, Polpharma, Zəka Adası, Matsuura, Bambino və.s tərəfindən hədiyyələr təqdim olunub.

Tədbirin informasiya dəstəyi  Frame.az və Elevation Partners Club Azerbaijan-dır.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: