Oxu zalıTəqdimat

Anam üçün

İlqar Kamilin bütün yazıları insanın qəlbinə sığal çəkib qəflətdən oyadır.

İlqar Kamil-in yeni çapdan çıxmış “Anam üçün” kitabını mütləq oxuyun. Çox maraqlı, oxunaqlı əsərdir.
Müəllif müxtəlif personajları vasitəsi ilə cəmiyyətə dövrümüzün aktual problemləri ile bağlı çox mühüm mesajlar verməklə bu problemlərin həll yollarını da göstərir. Ən çox xoşuma gələn mesajı isə “xoşbəxtlik formulu” idi. Bu formula yalnız bunu əlavə etməliyik ki, aradakı vasitələrə minnətdar olsaq da malın, mülkün, hər şeyin sahibi, bizə əta edəni Allahdır.
Beləliklə “xoşbəxtlik formulu”
“ A) Heç kimdən heç nə ummamaq – bu prinsip insanların etibarsız olduğuna işarə deyil, xeyr, sadəcə xoşbəxt yaşamağın, üzülməməyin formuludur; sən hətta ətrafında çox etibarlı insanların olmasına rəğmən heç kimdən heç nə ummursan və nəticədə:
1) Əgər nəyisə səndən əsirgəsələr, qətiyyən üzülmürsən, çünki onsuz da ummurdun axı, deməli, üzülmək üçün bir əsas da yoxdur.
2) Kimsə təsadüfən sənə yaxşılıq edəndə də hədsiz sevinirsən, lap qəfil surprizlə qarşılaşmış insan sevinci yaranır içində, çünki ummurdun axı, gözləmirdin belə bir yaxşılıq. Gözlənilməyən lütflərin xoşbəxtliyi qat-qat artıq olur.
B) Hər kəsdən hər şey gözləmək! Yanlış anlaşılmasın, bu, “hər kəsdən hər şey gözlənilir” demək deyil, əlbəttə, həyatda elə insanlar var ki, onlardan hər şey gözlənilməz, fəqət, xoşbəxt olmağın formulu budur, gözlənilməsə də, sən gözləyəcəksən.
Beləliklə:
1) Kimsə pislik etməsə, təəccüblənəcək, hədsiz dərəcədə sevinəcəksən, axı hamıdan pislik gözləyirdin. İnsan bəzən yanılıdığına sevindiyi kimi heç nəyə sevinməz.
2) Kimsə yanlış bir şey etsə də, sarsılmayacaq, çökməyəcəksən, axı onsuz da hər kəsdən hər şey gözləyirdin. İnsanı ən çox gözləmədiyi zərbələr çökdürər”.
İyulun 9-da Bakı şəhər, Üzeyir Hacıbəyov 18, mənz. 92 “Azərbaycan gənclik, mədəniyyət, incəsənət və elm evi”-də kitabın geniş oxucu kütləsinə təqdimatı keçiriləcəkdir.
Tədbir saat 15.00-dan 17.00-dək davam edəcəkdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!