EventsHandmadeMüsabiqələrQalereyaTəqdimat

Ani Fantaziya Rəsm Festivalı

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi , ‘’Sağlam Düşüncə’’ Gənclər Təşkilatı və ‘’Sumqayıt Gənclər Evi’’-nin təşkilati dəstəyi ilə Ani Fantaziya rəsm festivalı başlanır. Festival müsabiqə xarakterli olacaq. Layihədə 30 iştirakçı iştirak edə biləcək. Gənclərin istifadə etdiyi rəsm ləvazimatları onların özünə hədiyyə olnacaq. Layihə 6 noyabrda baş tutacaq. 13 Noyabrda mükafatlandırma mərasimi və 20 Noyabrda isə rəsmlərin sərgisi təşkil olunacaq. İlk 3 yeri tutan gənclər hədiyyələrlə mükafatlandırılacaq . İştirakçılar sertifikatla təltif olunacaqlar.

Ani Fantaziya Rəsm Festivalının məqsədi :

İsdedadlı gənclərin öz bacarıqlarını , fantaziya və yaradıcılıqlarını göstərə biləcəkləri bir mühitin yaradılması, həmin gənclərin özləri kimi isdedadlı gənclərlə əlaqə qurması və yeni dostluqlar qazanması , onların əl işlərinin sərgilənməsi və gənclər arasında incəsənətin təbliği.

Layihənin Şərtləri :

1) Layihənin əsas fəqli cəhəti mövzunun festival gününə qədər açıqlanmamasıdır. Yəni , birinci qayda olaraq gənclərin çəkəcəyi rəsmlərin mövzusu həmin an, açılış mərasimindən sonra açıqlanacaq.
2) Hər bir iştirakçıya 2 saat vaxt veriləcək. 2 saatdan əvvəl isə düşünmək və təsəvvür etmək üçün 10 dəqiqə vaxt veriləcək.
3) İştirakçıların seçimi internet vasitəsilə aparılacaq. İnernetə girişi olmayan gənclər Sumqayıt Gənclər Evinə və ya ’Sağlam Düşüncə’’ Gənclər Təşkilatının ofisinə rəsmləri ilə birlikdə müraciət edə bilərlər.
4) İştirakçı olmaq istəyən gənclər 31.10.2016 tarixinidək ad , soyad , əlaqə nömrəsi və 2 ədəd çəkdikləri rəsmlərin foto şəkillərini ani.fantaziya@gmail.com və ya festivalın Facebook və İnstagram səhifəsinə göndərə bilərlər.
5) Layihədə 30 gənc iştirak edə biləcək. Buna görə də , Ekspert tərəfindən göndərilən rəsmlər qiymətləndiriləcək və 30 iştirakçının seçimi aparılacaq.
6) İştirakçılar 14-29 yaş arası olmalıdır.

*Qeyd : Son qeydiyyat tarixi 31 Oktyabrdır

Tərəfdaşlar :
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu
‘’Sağlam Düşüncə’’ Gənclər Təşkilatı
‘’Sumqayıt Gənclər Evi’’

Əlaqə :
Layihə Rəhbəri : Əli Eminli
Tel : +994 55 524 20 30
Email : eli.eminli97@gmail.com , ani.fantaziya@gmail.com
Facebook : https://www.facebook.com/anifantaziya/
Instagram : https://www.instagram.com/anifantaziya/ 

14591588_1123978331031352_4999720915532906714_nFrame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!