ANIMA.AZ ikinci müsabiqənin qaliblərini elan edib

Avqustun 18-dən sentyabrın 20-dək keçirilən ikinci müsabiqədə “Azərbaycan animasiyası” kitabına yardım etmiş şəxslər iştirak edirdi (tam siyahı ilə buradatanış olmaq olar). Müsabiqədə, həmçinin, müsabiqə haqqında məlumatı Facebook-da paylaşmış şəxslər də iştirak edib.

Qaliblər Google-un ixtiyarı qalibi müəyyən edən xüsusi servisi vasitəsi ilə seçildi.

Anima.az ikinci müsabiqənin qaliblərini təqdim edir:

• 1-ci yer – SVETLANA CƏFƏROVA – “Azərbaycan animasiyası” kitabının hədiyyəlik nəşri
• 2-ci yer – RAUF BƏŞİROV – “Siçan və pişik” cizgi filmindən gəlincik-personaj (tanınmış gəlincik ustası Yuliya Nalçıbasmazın eksklüziv əl işi)
• 3-cü yer – “QURAMA” Uşaq Animasiya Studiyası – 19-21 oktyabr 2018-ci il tarixlərində Bakı şəhərində keçiriləcək “Animafilm” – Birinci Beynəlxalq Animasiya Festivalının bütün tədbirlərində iştirak üçün pulsuz biletlər

Qalibə “Azərbaycan Animasiyası” kitabı 19-21 oktyabr 2018-ci il tarixində keçiriləcək “Animafilm” – Birinci Beynəlxalq Animasiya Festivalında kitabın təqdimatı zamanı təqdim olunacaq.

Qaliblərdən xahiş olunur ki, müsabiqənin təşkilatçıları ilə saytımızdakı əlaqə-forması vasitəsi ilə əlaqə saxlasınlar.

Müsabiqədə iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk! “Azərbaycan Animasiyası” layihəsini dəstəkləyənlərə də təşəkkür edirik! Siz bununla milli mədəniyyət irsimizi xeyli zənginləşdirdiniz.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: