CinemaEventsFestivallarSərgiTəqdimat

ANİMAFİLM ən yaxşı cizgi filmi və ssenari qaliblərini elan etdi

Bakıda ilk dəfə keçirilən, 2018-ci ilin oktyabrın 19-dan 21-dək (cəmi 3 gün) davam edən ANİMAFİLM 1-ci Bakı Beynəlxalq festivalı başa çatıb.

Festivalı başda direktor Rəşid Ağamalıyev olmaqla “PERİ FİLM” və Azərbaycan, Çexiya, Rusiya, İran, İsrail, Türkiyə və Gürcüstanı əhatə edən bir qrup könüllü yaradıcı qrup təşkil etmişdi. Dünyanın 63 ölkəsindən müsabiqəyə 480 film, 15 ssenari təqdim edilmişdi.
Festivalın animasiya filmləri üzrəmünsiflər heyətinətanınmış kinorejissor, animasiya ustası, rəssam Elçin Hami Axundovun (Azərbaycan) başçılığı ilə bir sıra xarici mütəxəssislər daxil idi.Festivalın ssenarilər üzrə isə ayrıca beynəlxalq münsiflər heyətifəaliyyət göstərirdi.

Festivalın ilk günü oktyabrın 19-da “ReAnimasiya” sərgisinin açılışı, Azərbaycan animasiyası tarixindən bəhs edən ikidilli ilk fundamental əsər – “Azərbaycan animasiyası” kitabının təqdimatı, uşaqlar üçün kukla tamaşası,Azərbaycan animasiyasının korifeyləri Elçin Hami Axundov, Firəngiz Qurbanova, Məsud Pənahi, Ramiz Ağayev və Aleksandra Şirinovanın iştirakı ilə Azərbaycan animasiya filmlərinin nümayişi, günün sonunda isə festivalın açılış mərasimioldu.

Oktyabrın 20-də Gürcüstandan gəlmiş qonaqlar, tanınmış animasiya ustaları Arçil Kuxianidze və Peter Tomadze 12-16 yaşlı uşaqlar üçün“ustad dərsi” keçirdilər. Sonra həmvətənimiz, Rusiyanın tanınmış kinorejissoru Cahangir Süleymanov izləyicilər üçün “ustad dərsi” keçdi. Həmin gün qonaqlar Marqarita Tsiqanoviç və Katerjina Karxankova ilə birlikdə festivalın müsabiqə proqramında “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyası üzrə filmlərin bir qismi ilə tanış oldular. Festival İran animasiya filmlərinin nümayişi ilə davam etdi. Həmin gün ANİMAFİLM-in qonaqları“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” nominasiyası üzrə filmlərlə tanışlığı davam etdirdilər. Günün sonunda isə Azərbaycan animasiya filmlərinin nümayişi həyata keçirildi.

Oktyabrın 21-də, festivalın 3-cü günü Gürcüstandan gələn animasiya rejissorları Arçil Kuxianidze və Peter Tomadze 16-20 yaşlı gənclərimizlə animasiya sənətinin sirlərini bölüşərək növbəti vorkşop keçirdilər. Azərbaycanlı uşaqlar ilk dəfə öz multfilmlərini yaradıb onları nümayiş etdirdilər. Sonra Slovakiya rejissoru Lenka İvançikova öz çəkdiyi bir multfilmi nümayiş etdirərək onun çəkiliş texnikası ilə iştirakçıları tanış edərək, onların suallarını cavablandırdı.

Həmin gün festival Gürcüstan animasiyasının retrospektiv nümayişi və“Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” nominasiyası üzrə müsabiqə proqramı ilə davam etdi, Sonrahazırda Almaniyada yaşasa da Azərbaycan animasiya tarixində maraqlı filmləri ilə səhifə açan rejissor və animator Məsud Pənahi ilə görüş və onun filmlərinin nümayişi keçirildi, Məsud Pənahi iştirakçıların suallarını cavablandırdı. Günün sonunda isə Azərbaycan animasiya tarixində ilk dəfəkeçirilən ANİMAFİLM 1-ci Bakı Beynəlxalq Animasiya festivalının bağlanış mərasimi oldu və qaliblər elan olundu.

ANİMAFİLM festivalının qalibləri:
“Ən yaxşı qısametrajlı animasiya filmi” üzrə

Louise Bagnall (İrlandiya Respublikası), “Late Afternoon” (“Günortadan sonra”) animasiya filmi

“Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” üzrə

Samir Salahov (Azərbaycan Respublikası), “Continuity” (“Aramsızlıq”) animasiya filmi

“Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” üzrə

Zeynab Ghorbani Faryad (İran İslam Respublikası), “The Nakhkesh” ssenarisi

Festival BUTA FİLM studiyası, YARAT Müasir İncəsənət Məkanı,“Müasir İncəsənət Mərkəzi” qalereyası, Birləşmiş Rəssamlar Klubu, Nizami Kino Mərkəzinin sponsorluğu ilə baş tutdu. Festivala həm Azərbaycandan, həm də xarici ölkələrdən onlarla media dəstəyi nümayiş etdirildi.

Festivalın dostları bunlar idi:

Rusiyanın məşhur animasiya studiyaları – Smeşariki, Soyuzmiltfilm, Riki prodüserlər mərkəzi, DA animasiya studiyası, Gürcüstan Tofuzi Beynəlxalq Animasiya festivalı və Kosovo ANİBAR Beynəlxalq Animasiya festivalı.

Festival haqqında daha ətraflı məlumatı sosial şəbəkələrdən və animafilm.az saytından almaq olar.

Festivalın direktoru Rəşid Ağamalıyev

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!