ANİMAFİLM 1-ci Bakı Animasiya festivalının mətbuat konfransı keçirilib

Doğma Bakımız bu günlərdə daha bir mötəbər festivala ev sahibliyi edir.

Xəbər verdiyimiz kimi Bakıda ilk dəfə olaraq beynəlxalq animasiya filmləri festivalı keçiriləcək. Dünyanın dörd bir yanından animasiya ustaları ölkəmizdə qonaq olacaq, ölkələrinin animasiya filmlərini gətirməklə yanaşı, Azərbaycan mədəniyyətinin təbliğatçısına çevriləcəklər.

Oktyabrın 18-də Nizami Kino Mərkəzində festivalın mətbuat konfransı keçirildi. Konfransda festivalın təşkilatçısı Rəşid Ağamalıyev, yerli animasiya ustaları, Gürcüstan və Sankt Peterburqdan ölkəmizə təşrif buyurmuş qonaqlar, eləcə də KİV nümayəndələri iştirak etdi.

Konfransı giriş  sözü ilə  açan Rəşid bəy qeyd etdi ki, bu festival üçün xüsusi olaraq “PERİ Film” bir qrup könüllü yaradıcı qrup təşkil edib. Yaradıcı qrupun cağrafiyası Azərbaycan, Çexiya, Rusiya, İran, İsrail, Türkiyə və Gürcüstanı əhatə edir. Dünyanın 63 ölkəsindən müsabiqəyə 480 film, 15 ssenari təqdim edilib.

Festivalın animasiya filmləri üzrə münsiflər heyyəti tanınmış kinorejissor, animasiya ustası, rəssam Elçin Hami Axundov, tanınmış animasiya rejissoru Cahangir Süleymanov (Rusiya), animasiya sahəsində peşəkar mütəxəssis Ketevan Canelidze (Gürcüstan), Beynəlxalq animasiya filmləri assosasiyasının vitse-prezidenti Məhəmməd Qazala(Misir) və kinoşünas Andrey Xovanetsdən (Slovakiya) ibarətdir.

Konfrans qonaqların çıxışları və sual cavab mərhələsi ilə davam edib.

Qeyd edək ki, festival oktyabrın 19-21-i tarixlərində Bakının üç fərqli məkanında keçiriləcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: