İkinci ANİMAFİLM Festivalının plakatını çex ayı balaları bəzəyəcək

Tanınmış çex animasiya kinorejissoru Filip Poşivaç İkinci ANİMAFİLM Bakı Beynəlxalq Festivalının plakatını hazırlayıb.

Festivalın direktoru Rəşid Ağamalıyev deyib ki, plakatda iki çex ayı balası təsvir olunub: “İkinci festivalın mövzusu çex animasiyasına həsr olunduğundan, biz plakatın hazırlanmasını tanınmış çex animasiya rejissoru Filip Poşivaçadan xahiş etmək qərarına gəldik. Onunla əməkdaşlıq eləmək bizim üçün böyük şərəfdir. Filipin təkrarolunmaz üslubu var, düşünürəm ki, təsvirə çex animasiyasına məxsus oynaqlığı dəqiq ötürə bilib”.

Özünün izləyiciləri ilə paylaşan Filip Poşivaç özünün İnstagram səhifəsində ikinci festivalın mövzusu çex animasiyasına həsr olunduğunu qeyd edib: “Azərbaycana hansı motivi göndərəcəyimi götür-qoy edərkən, mənim Kolin şəhərindən olan keçmiş ayı-favoritlərim qalib gəldilər”, – Filip “Ey, cənab, gəlin oynayaq!”. O, həmçinin qeyd edir ki: “Mən ANİMAFİLM festivalının vizual həllini tapanda böyük sevinc hissi keçirdim”.

Festivalın direktoru plakatın qrafik dizaynını gənc və istedadlı Azərbaycan rəssamı Nəzrin Əlizadənin hazırladığını söyləyib.

R.Ağamalı İkinci beynəlxalq ANİMAFİLM festivalı bu ilin 18-20 oktyabr tarixində Bakıda keçiriləcəyini, müsabiqə proqramından başqa tamaşaçıları klassik çex animasiyasından ibarət müsabiqədənkənar zəngin proqram da gözlədiyini vurğulayıb. Bildirib ki, poqramı beynəlxalq jürinin tərkibinə də daxil olan çex dramaturqu Miroslava Yaniçatova tərtib edib.

Sonda onu da qeyd edək ki, çex proqramı barədə daha ətraflı məlumat yaxın vaxtlarda festivalın rəsmi www.animafilm.az saytında dərc olunacaq.

 Rəşid Ağamalıyev,

Festivalın direktoru

Əlaqə: animafilm.biaf.press@gmail.com

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: