Görkəmli rəssam Nazim Məmmədovun 85 illik yubileyi münasibətilə vorkşop təşkil olunacaq

2019 cu ildə məşhur Azərbaycan rəssamı və rejissoru Nazim Məmmədovun (1934-2004) 85 illik yübileyi münasibəti ilə silsilə tədbirlərin təşkili nəzərdə tutulub. İlk cizgi filmlərinin müəllifi olan Nazim Məmmədov Azərbaycanda animasiyanın inkişafına əvəzsiz töhfələr verib. Onun adı ən sevımlı cizgi fılmləri ilə bağlıdır.

25 may taxirindən etibarən şəmbə və bazar günləri HeART layihəsi çərçivənsində “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Ekologiya Nazirliyinin təşkilatçılığı ilə 2 iyun tarixinədək çəlləklər üzərində vorkşop təşkil olunacaq.

Vorkşop zamanı Nazim Məmmədovun yaraddığı animasiya filimlərinin (Tülkü həccə gedir, Şah və xidmətçi, Toplan və kölgəsi, Cırtdanın yeni sərgüzəştləri, Şahzadə qara qızıl, Göycək Fatma) personajları və süjetləri əsk olunacaq.
Vorkşopda Eldar Babazadə, Nuray Allahverdiyeva, Leyla Orucova, Mətanət Niftəliyeva, Kamila Muradova, Röya Həsənova, Teymur Qəribov iştirak edəcək.

Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olub. 1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Kollecini bitirib. 1961-ci ildə Moskvada “Soyuzmultfilm”də animasiya kursunu bitirib. 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasinda animator, 1970-ci ildən isə rejissor işləyib. O, həmçinin rəngkarlıqla məşğul olub, 400 dən artıq uşaq kitablarına illüstrasiyalar çəkib. Nazim Məmmədov filmlərdə, kinooçerk və kinojurnallarda animator işləyib. O, 1988-ci ildə respublikada ilk dəfə beş hissəli “Göyçək Fatma” cizgi film-operasını yaradıb.

Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib.

İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az, Yanicaq.az, Art, Azetac, Frame.az, CityMag.az

Dəstək təşkilatlar:
Hillside şərəbları, Aquavita, Crocus Sativus

12:00-16:00
Art Tower qalereyası (Kiçik Qala 105)

Giriş sərbəstdir

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: