“Animated Film Project Pitching” vörkşopuna ərizə qəbulu davam edir

ANIMAFILM Beynəlxalq Animasiya Festivalı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gürcüstan Milli Kino Mərkəzi və Tbilisi Bələdiyyəsinin dəstəyi ilə Annecy Beynəlxalq Animasiya Film Festivalı, Gürcüstan Film-Abxazeti Kino Mərkəzi, Kvali XXI Film Studiyası və Saqanima Gürcüstan Animasiya Assosiasiyası tərəfindən təşkil edilən 7-ci “Animated Film Project Development/Pitching” vörkşopuna qoşulur.

 2021-ci il noyabrın 8-dən 12-dək Tbilisidə keçiriləcək 5 günlük vörkşop (işçi dili ingilis dili), Azərbaycan və Gürcüstan animasiya müəllifləri üçün vörkşop çərçivəsində məşhur Fransız prodüser Olivier Catherinin rəhbərliyi altında layihələrini inkişaf etdirmək və təqdim etmək üçün bənzərsiz bir fürsət təmin edəcək.

 Vörkşopun sonunda Annecy Festivalının mütəxəssisləri tərəfindən seçilmiş bir layihə 2022-ci ildə festival üçün MIFA akkreditasiyasına layiq görüləcək. Eyni zamanda seçilmiş bir layihə 2022-ci il üçün bir aylıq Fontevraud Residence alacaq. Fransa və Gürcüstana səyahət edəcək azərbaycanlı iştirakçıların səyahət xərcləri Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaqdır.

 Qeydiyyatdan keçmək üçün azərbaycanlı və gürcü iştirakçılar öz layihələrini ingilis dilində aşağıdakı e-mail ünvanına göndərməlidirlər: saqanima@gmail.com.

 

Müsabiqə nəticəsində 6 animasiya layihəsi iştirak üçün qəbul ediləcəkdir. Müraciət üçün son tarix 3 Noyabr 2021-dir. Sənədlərin təqdim edilməsi və müraciət şərtləri ilə bağlı ətraflı: https://tinyurl.com/4bjwdzkm.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: