Apamark şirkəti “Bank Ombudsmanı” rəsmi loqosunu təqdim etdi

Qısa müddət ərzində marketinq və PR sektorunda öz mövqeyini möhkəmləndirməyə nail olan Apamark şirkəti bu dəfə də yaxın zamanda fəaliyyətəbaşlayacaq Bank Ombudsmanlığı üçün loqo hazırladı.

Loqo “Alfabetik” üslubda yığılmışdır. Loqonun hazırlanmasında hər iki söz birləşməsinin baş hərflərindən istifadə olunmuşdur.

Apamark şirkətinin satış departamentinin rəhbəri Taleh Kərimov-un sözlərinə görə Azərbaycan Banklar Assosiasiyasının (ABA) bu mövzuda bizə etibar etməsi Apamark şirkətinin peşəkarlığına verilən dəyər və etimaddır. Biz də çalışdıq bu etimadı doğruldaraq ortaya layiqli iş çıxardaq. Şirkətimiz tərəfindən ABA-ya 3 loqo konsepti təqdim olundu və onların arasından bu loqonun üzərində qərarlaşdıq. Yeni loqo yaxın zamanda fəaliyyətə başlayacaq quruma aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunacaqdır.

Qeyd edək ki, Apamark Marketinq və PR şirkəti yaxın zamanlarda Bank Ombudsmanın yeni rəsmi saytını da istifadəyə verməyi planlaşdırır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: