Frame LifeTəqdimat

Apamark şirkəti müştəriləri ilə daha sıx əlaqədə olacaq

Hər bir layihəyə individual yanaşan Apamark Marketinq və PR şirkəti müştəriləri ilə olan münasibətlərini yeni bir mərhələyə qaldırıb. Artıq Apamark şirkəti ilə əməkdaşlıq edəcək mövcud və yeni müştərilər bütün iş prosesinə nəzarət edə biləcəklər.

Şirkətin, Biznesin inkişafı departamentinin mütəxəssisi olan Emil Əlizadənin sözlərinə görə, xüsusi proqram təminatı sayəsində hər bir müştəri öz sifarişi ilə bağlı işlərin gedişatını izləməyə imkan verəcək. “Biz müştərilərlə olan münasibətlərimizi şəffaf bir müstəviyə keçirmək istəyirik. Məhz buna görə də hər bir müştəri ilə bağlı sifarişlərin hansı mərhələdə olduğunu qarşı tərəfə göstərməyi qərara almışıq. Əldə etdiyimiz proqram təminatında hər layihə ilə bağlı xüsusi qrup yaradırıq və həmin layihə üzrə görüləcək işləri ardıcıl olaraq həmin proqrama daxil edirik. Müştəri hər dəfə ona verilmiş xüsusi link vasitəsilə həmin qrupa daxil olacaq və işin gedişatı ilə tanış olacaq”.

Qeyd edək ki, şirkət bu ilin sonuna kimi bazara 3 yeni xidmət buraxmağı planlaşdırır. Hal-hazırda şirkət Gilan və Azərsun Holdinq-in tərkibində fəaliyyət göstərən bir sıra şirkətlərin marketinq işləri üzərində çalışır. Həmin layihələrin May ayı ərzində təhvil verilməsi planlaşdırılır. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!