“Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş kubok” keçirilib.

Aprelin 29-da “ClimBaku” İdman Dırmanması Mərkəzində Azərbaycan Dağçılıq və Ekstremal İdman Federasiyaları Assosiasiyasının və Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə İdman Dırmanmasının Boldrinq növü üzrə “Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş kubok” keçirilib.

Tədbirdə aprel şəhidlərinin ailə üzvləri, aprel döyüşlərinin iştirakçıları, Qarabağ müharibəsinin veteranları, müvafiq icra hakimiyyətinin orqanları, QHT rəhbərləri və media nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” adlı layihə çərçivəsində baş tutub. Yarış həmçinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Hava və Ekstremal İdman Növləri Federasiyası FAİREX, Anadolu Dövlət Universiteti Azərbaycan proqramlarının yaxından dəstəyi ilə  təşkil olunub. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: