IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Aqrar sektorda fəaliyyət göstərən sahibkarlara üçtərəfli dəstək

Sahibkarlığın inkişafının dəstəklənməsi və bu çərçivədə sahibkarlıq subyektlərinin özinvestisiya layihələrini reallaşdırmaq məqsədi ilə “ABAD” publik hüquqi şəxs, Azərbaycan  Beynəlxalq Bankı və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) birgə əməkdaşlıq edəcək. Bu məqsədlə müvafiq qurumlar arasında qarşılıqlı əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
Sənədə əsasən üçtərəfli dəstək bu proses üzrə həyata keçiriləcək: “ABAD” aqrar məhsulların qablaşdırılması və satışının təşkili işlərində sahibkarlara dəstək olacaq. Eyni zamanda istehsal və marketinq sahələrində yeni təcrübələrin əldə olunmasına şərait yaradacaq.
Azərbaycan Beynəlxalq Bankı üzərinə düşən missiyaya uyğun olaraq sahibkar müştərilərə güzəştli kreditlər verəcək. Bu prosesin operativ şəkildə aparılmasını təmin edəcək. Bank aqrar sahədə fəaliyyət göstərən iş adamlarına özünün “Sahibkarlar Klubu” xətti ilə müxtəlif imtiyazlı xidmətlərdən (logistika, nəqliyyat, sertifikatlaşdırma və s.) faydalanmaq imkanı da yaradacaq.
Aqrar Kredit və İnkişaf Agentliyi bankla qarşılıqlı müqavilələr çərçivəsində maliyyələşmə sahəsində tərəfdaşlıq dəstəyi göstərəcək. Eyni zamanda, öz fəaliyyət istiqamətləri üzrə ekspert dəstəyi və təcrübə mübadiləsi ilə sahibkarlara faydalı olacaq.
İmzalanma mərasimində çıxış edən “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev   bildirib ki, sahibkarlar və kənd   təsərrüfatı məhsullarının istehsalçıları bu əməkdaşlıq çərçivəsində yaradılan imkanlar hesabına yerli və beynəlxalq təşkilatların proqramlarından faydalana biləcəklər: “Onlara ekspert dəstəyi göstəriləcək. Təcrübə mübadiləsi aparmalarına şərait yaradılacaq”.
Aqrar   Kredit   və   İnkişaf   Agentliyinin   sədri   Seymur Mövlayev  qeyd edib ki, üç   tərəfdaş arasında imzalanan bu sənəddə nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması aqrar sahədə mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə kömək   göstərəcək:  “Bu əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sahəsində dayanıqlı və davamlı inkişaf yönümlü müştərək layihələr yerinə yetiriləcək. Birgə məhsullar hazırlanacaq”.
Azərbaycan   Beynəlxalq   Bankının   Korporativ   biznes   üzrə   Baş   direktoru   Nərgizxanım Biləndərli bildirib ki, aqrar sektorun inkişafının dəstəklənməsi Bankın fəaliyyət strategiyasında xüsusi   yer   tutur:  “Son   illər   biznes   layihələrinin   reallaşdırılmasına   fəal   şəkildə   kömək göstərdiyimiz   kiçik   və  orta  sahibkarlıq   subyektlərinin   müəyyən   bir  qisminin   fəaliyyəti məhz aqrar sektora aiddir. Belə   bir niyyət protokolu çərçivəsində tərəfdaşlarımızla imkanları birləşdirmiş  oluruq.  Bu  da  aqrar   sahədə çalışan   iş  adamları üçün  daha da faydalı olmağımıza imkan verəcək”.
Yaxın gələcəkdə üç təşkilatın iştirakı ilə birgə korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!