IqtisadiyyatPR-TanıtımTəqdimat

İnnovativ Aqrar Məlumat Bürosu- Aqromən istifadəyə verilib

Aqromən kənd təsərrüfatı sektorunda, əkinçilər, fermerlər və aqronomlar daxil, istehsalçıdan ixracatçıya qədər, hər bir vətəndaşa dəstək olmağı planlayan məlumat agentliyidir.
Aqromən olaraq məqsədimiz, ölkə bazarında öndə gedən toxum, gübrə və aqrokimyəvi maddələr haqqında məlumat verərək, istehsalçı ilə alıcı arasında körpü yaratmaqdır.
Bununla yanaşı, aqrar sahədə yayılmış xəstəliklər və onların çarələri, bitki becərmədə yaranan və ya yarana biləcək problemlər və onlardan çıxış yolları, ölkədə və dünyada baş verən ən son aqro yeniliklər, ən yeni aqro-innovativ texnologiyalar haqqında məlumat vermək və cəmiyyətin diqqətini bu sahəyə yönəltməkdir.
Aqranomlar üçün bələdçi rolunu oynamağı hədəfləyən Aqromən gənc aqronomları, əkinçiləri, fermerləri, eyni zamanda bu sahəyə yeni addım atanları da düşünərək, onların inkişafı və gələcək perspektiv fəaliyyətlərini təşkil etmək üçün yerli və xarici mütəxəssislərin iştirakı ilə seminarlar, kurslar, eləcə də, müsahibələr təşkil etməyi də planlayır.
Aqromən-nin sloqanı -İnnovativ Aqrar Məlumat Bürosu
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!