AQTA: İctimai iaşə müəssisələrində masalar arasındakı 1,5 metrlik məsafə təmin edilməlidir

İctimai iaşə müəssisələrində koronavirusla mübarizə çərçivəsində bir sıra tədbirlərin görülməsi vacibdir. İnfeksiya ilə mübarizə zamanı sanitar gigiyenik qaydalara əsasən, müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanılması, müəssisənin axar isti və soyuq su, təmizlik vasitələri və dezinfeksiyaedici maddələr ilə daimi olaraq təmin edilməsi, birdəfəlik istifadə üçün salfetlərin qoyulması və ya hava əlqurudanlarının işlək vəziyyətdə saxlanılması, yetərli sayda tibbi maskanın və əlcəyin təmini, istifadə edilmiş tibbi maskaların atılması üçün qapalı torbaların ayrılması və bu tullantıların müvafiq qaydada məhv edilməsi vacibdir.

Frame.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair hazırladığı metodiki göstərişlərdə əks olunub.

Bununla yanaşı, metodiki göstərişlərdə işçi heyətinin qanunvericilikdə göstərilən dövrilikdə, şübhəli hallarda həmin müddətlərdən kənar plandankənar icbari tibbi müayinədən keçməsinin, mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılmasının, qida qəbulu zallarında həm yemək masaları, həm də oturacaq yerləri arasındakı məsafənin 1,5 metr olmasının təmin edilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!