“Arçelik” Bakı Şopinq Festivalına qoşuldu

“Arçelik” mağazaları da Bakı Şopinq Festivalına qoşulub! Alıcıları “Arçelik” mağazalarında böyük sürprizlər və 30%-dan başlayan endirilmər gözləyir!  Çünki Bakının ayrı-ayrı ünvanlarında yerləşən həmin mağazalar Bakı Şopinq Festivalının iştirakçısıdırlar.

Bakılılar və şəhərimizin qonaqları mayın 10-dək Sarayevo, A. M. Şərifzadə, Təbriz küçələrində və Babək prospektində yerləşən “Arçelik” mağazalarında rahatlıqla alış-veriş edə bilərlər. Həmçinin,  şəhərmizin Neftçilər prospektində və Ə.Əliyev küçəsində yerləşən “Amazon” mağazalarında da alıcıları böyük endirimlər və güzəştlər gözləyir.

Festivala qoşulmuş mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazalarda Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar.

Sevdiyiniz, bəyəndiyiniz malları  sərfəli qiymətlərlə əldə edib üstəlik  ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı  mağazalarda alış-veriş etməyə tələsin! Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: