Arda “Başakşehir” klubuna icarəyə verilib

Ernesto Valverde’nin gəlişindən sonra əsas heyətə düşməyə çətinlik çəkən Türkiyəli futbolçu vətəninə qayıtmağa qərar verib.

Türkiyənin “Başakşehir” klubu Barselona’nın 31 yaşlı yarımmüdafiəçisi Arda Turan’ı 2,5 illiyinə icarəyə götürüb. Professional karyerasına “Qalatasaray” klubunda başlayan Arda 2011-ci ildə Atletiko Madrid’ə keçib.

2015/16 mövsümündə “Atletiko Madrid” komandasından Barselona’ya 34 milyon avro qarşılığında transfer olunan Arda Turan keçirdiyi 55 oyunda 15 qol vurub.

Frame.az

PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: