FutbolIdman

Arda Turan karyerasını “Barselona”da davam etdirəcək

İspaniyanın “Barselona” futbol klubu Arda Turanla bağlı qərarını açıqlayıb.

Frame.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Kataloniya təmsilçisi türkiyəli futbolçunun icarəyə götürülməsinə izn verməyib. Klub rəhbərliyi türkiyəli futbolçunun transfer qiymətinin 25 milyon avro olduğunu açıqlayıb. Onlar, həmçinin gələn təkliflər göstərilən məbləğə yaxın olarsa, transfer haqqında düşünəcəklərini bildiriblər.

“Barselona”nın UEFA Çempionlar Liqasında keçirəcəyi ilk matçda 25-liyə Arda Turanın da adı daxil edilib.

Bununla da adı Türkiyənin “Qalatasaray” komandası ilə gündəmə gələn futbolçunun ispan klubunda qalması dəqiqləşib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!