IqtisadiyyatTəqdimat

“Regionda arıçılığın inkişafının sürətləndirilməsi” layihəsi başa çatıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionda arıçılığın inkişafının sürətləndirilməsi” layihəsi başa çatıb.

“Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin mətbuat xidmətindən verilən xəbərə görə, layihə çərçivəsində 28-31 may 2018-ci il tarixlərində Qəbələ və Oğuz rayonlarında seminarlar keçirilib. Seminarlar zamanı “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədr müavini Anar Məhərrəmov layihə haqqında geniş məlumat verərək qeyd edib ki, layihənin əsas məqsədi Qəbələ və Oğuz rayonlarında arıçılığın inkişafına töhfə vermək, region arıçıları və həvəskar arıçıların seminarlara cəlb edilməsi ilə arıçılıq istiqamətində onların bilik və bacarıqlarının artırılmasına nail olmaqdır.

Çıxış edən natiqlərdən layihənin eksperti Səbuhi Nəbiyev arıçılığın tarixi, arıçılığın inkişafı, dövlətimizin arıçılığa göstərdiyi yüksək diqqət və qayğı, regionda arıçılığın mövcud vəziyyəti və inkişaf imkanları, arıçılıq məhsullarının təbabətdə istifadəsi, arı cinsləri, arı ailəsi, işçi arılar, erkək arılar, arıların maraqlı xüsusiyyətləri, arı xəstəlikləri, ana arı veriləcək arı ailələrinin hazırlanması və s. haqqında geniş məlumat verib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!