Arif Babayevin 80 illik yubiley gecəsi keçiriləcək

Aprelin 3-də Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı, professor Arif Babayevin 80 illik yubiley gecəsi keçiriləcək.
Yubiley gecəsində, muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolu və töhfələri olan Arif Babayevin və tanınmış xanəndələrin ifasında xalq mahnıları, təsniflər və muğamlar səsləndiriləcək. Gecədə ustad sənətkarın oxuduğu və musiqi mədəniyyətimizin xəzinəsinə daxil olmuş “Şur”, “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Zabul segah”, “Segah” muğamları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları təqdim olunacaq.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir.
Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: