Arsenal Ölkə Superkubokunun qalibidir

Arsenal – Çelsi 1:1 (penalti seriyası 4:1).

İlk hissədə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab açılmayıb. İkinci hissənin əvvəllərində irəli atılan Çelsi hesabı açmağa müvəffəq olub. Keyhill’dən ötürmə alan Mozes yaxın məsafədən topu qapıdan keçirərək komandasını hesabda irəli çıxarıb 0:1.

Görüşün 80-ci dəqiqəsində qırmızı vərəqə alan Pedro komandasını çətin vəziyyətdə qoyub. Rəqibin azlıqda qalmasından sonra hücumlarının kəsərini artıran Arsenal tezliklə istəyinə nail olub.

Caka’nın cərimə zərbəsindən öürdüyü topa hamıdan tez yetişən Kolaşinats hesabı bərabərləşdirib 1:1. Matçın qalan dəqiqələrində qol olmayınca 11 metrlik cərimə zərbələrinə ehtiyac duyulub.

Penalti zərbələrini daha dəqiq yerinə yetirən Arsenal tarixində 15-ci dəfə Ölkə Superkubokuna sahib çıxıb.

PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: