“ART Grand Prix” komandasının pilotu George Russel Bakıda ikinci yarışın qalibi olub

Aprelin 29-da Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə ikinci əsas yarış keçirilib.

Frame.az xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar uzunluğu 6 kilometr olan Bakı trekində 45 dəqiqə ərzində 21 dövrə vurublar.

Yürüşün qalibi “ART Grand Prix” komandasının pilotu George Russel olub. O, 1 dəqiqə 56,891 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. “Carlin” komandasının pilotu Serjio Sette Kamara finiş xəttinə ikinci, “Pertamina Prema Theodore Racing”in sürücüsü Nik De Vries üçüncü çatıblar.

Xatırladaq ki, Bakıda Formula 2 üzrə birinci yarışda “Dams” komandasının pilotu Aleksander Albon qalib gəlib. O, 29 dövrənin yekununda 1 saat 3 dəqiqə 41,627 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “ART Grand Prix” komandasının pilotu Cek Aitken ikinci, “Charouz Racing System”in sürücüsü Antonio Fuoko üçüncü olublar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: