ART Rising şirkətinin açılışı ilə bağlı sərgi keçiriləcək

6-7 May 2017-ci il tarixlərində Azərbaycan Milli İncəsənət Müzeyində baş tutacaq sərgidə rəssamların, heykəltəraşların və əl işləri ustalarının əsərləri nümayiş olunacaq.

Sərgi, həmçinin, Art Rising şirkətinin açılışı münasibəti ilə təşkil olunur. Şirkətin əsas məqsədi Azərbaycan rəssamlarını təbliğ etməkdir, onların işlərinin müəllif hüquqlarının qorunmasını, hüquqi dəstək vermək və satışını təmin etməkdir.

Tədbirdə həmçinin Art Rising şirkətinin veb saytının təqdimatı baş tutacaq. Bu incəsənətlə bağlı insanlar üçün işlərinin satışına dair platforma yaradır.

Qeyd edək ki, sərgidə 20 gənc və 11 tanınmış rəssamların, 5 heykəltəraşın, 7 əl işləri ustalarının, həmçinin 2016-cı il aprel hadisələrində şəhid olmuş Samir Kaçayevin işləri nümayiş olunacaq. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: