EventsMədəniyyətSərgiTəqdimat

“Art Tover” qalereyasında gənc rəssamların əsərlərindən ibarət sərgi açılacaq

Yanvarın 25-də “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə “Art Tover” qalereyasında rəsm sərgisi açılacaq.

Frame.az xəbər verir ki, “Start” layihəsi çərçivəsində gerçəkləşəcək sərgi Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə təşkil olunacaq.

Gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulan qrup sərgisinin kuratoru Natalya Yarkovayadır. Sərgidə fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri- rəngkarlıq, qobelen və heykəltəraşlıq nümunələri nümayiş olunur. Müxtəlif sənət əsərlərinin yer aldığı sərgi iki gün davam edəcək. İştirak etmək istəyənlər əsərlərini sergi@artscouncil.az elektron ünvanına göndərə bilərlər.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!