“Art Tover” rəsm qalereyasında açılan sərgiyə yekun vurulub

“Start” layihəsi çərçivəsində İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında açılan rəsm sərgisinə yekun vurulub.

Frame.az xəbər verir ki, “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə gerçəkləşən müsabiqənin yekun sərgisi Mədəniyyət Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə reallaşıb. Sərgini yerli sakinlərlə yanaşı, şəhərimizin qonağı olan turistlər də ziyarət ediblər. Fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri- rəngkarlıq, qobelen və heykəltəraşlıq janrında olan əsərləri xarici turistlər tərəfindən maraq doğurub.

Kuratoru Natalya Yarkova olan sərgi gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulmuşdu. “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: