EventsMədəniyyətSərgiTəqdimat

“Art Tover”də növbəti fotosərgi Parisə həsr edilib

Aprelin 14-də “Art Tower”də qalereyasında gənc fotoqraf Maya Bağırovanın monoxrom təsvirlərdən ibarət fərdi fotosərgisi açılıb.

Frame.az xəbər verir ki, “Frankofoniya həftələri” çərçivəsində reallaşan sərgi Fransanın ölkəmizdə səfirliyinin dəstəyi, “Arts Council”, Azərbaycan-Fransız İnstitutunun təşkilatçılığı ilə reallaşıb.

Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez çıxışında bu sərgidə iştirak etməkdən çox məmnun olduğunu deyib və qeyd edib ki, Maya Bağırovanın Fransanın ən nüfuzlu jurnallarından olan “Paris Match” jurnalı ilə çalışması onun üçün çox böyük bir uğurdur.

Tədbirdə çıxış edən Maya Bağırova bildirib ki, əvvəllər bir neçə sərgidə iştirak etsə də, bu, onun ilk fərdi sərgisidir. 20 fotodan ibarət sərgidə o, Parisdə insanların görmədiyi bir azadlığı təsvir etdiyini söyləyib. Daha çox ağ-qara rənglərə üstünlük verən fotoqraf öz əsərlərində insanlara əsasən mənanı ötürməyə çalışdığını deyib. Foto-ideyalarda öz daxili dünyasını ifadə etdiyini söyləyən Maya Bağırova bu sahədə müəllimi olmadığını da qeyd edib.

Onu da qeyd edək ki, Maya Bağırova Bakı Musiqi Akademiyasında skripka üzrə təhsil alıb. Hazırda “Paris Match” jurnalı ilə əməkdaşlıq edən fotoqraf Fransada fotojurnalistika üzrə təhsilini təkmilləşdirib.

Sonra iştirakçılar 10 gün davam edəcək sərgi ilə tanış olublar. Çoxsaylı qonaqlar arasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai də iştirak edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!