“Art Tower” qalereyası Bahara büründü-FOTO-lar

4 aprel tarixində “Art Tower” qalereyasında “Arts School” rəssamlıq məktəbinin şagirdlərinin “Bahar” adlı hesabat sərgisinin açılış mərasimi baş tutub.

Sərgidə Səyyalı Məmmədovanın gənc rəssam tələbələri Məmmədli Sürəyya, Qurbanzadə İsrafil, Həsənova Fatimə, Hacıyeva Sədəf, Qasımzadə Mehti, Rzayev Orxan, Muradova Neslixan, Rzayeva Mehriban, Xatim Ömər, Həsənova Nazilə, Qurbanov Məhəmməd, Karpın Eduard, Bayramova Qəmər, Fərxad, Üzeyir Baxışzadə və başqalarının sənət əsərləri nümayiş olunub. Tədbirdə iştirakçılar diplomlarla mükafatlandırılıb.

Qeyd edək ki, sərgi 10 aprel tarixinədək davam edəcək. Art Tower qalereyasının iş vaxtları hər gün saat 10:00-17:00. Şənbə və bazar günləri 11:00-17:00
Giriş sərbəstir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: