Art Tower qalereyasında qadınlar gününə həsr olunmuş “Qadınlar və Güllər” adlı sərgi təşkil olunacaq

8-14 mart tarixilərində saat 11:00-17:00 dək Art Tower qalereyasında qadınlar gününə həsr olunmuş “Qadınlar və Güllər” adlı sərgi təşkil olunacaq.

Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” təşkilatının birgə təşkilatçılığı ilə təşkil olunacaq.

Sərgidə Azərbaycan rəssamlarının əsərləri ilə yanaşı xarici rəssamların əsərləri nümayış olunacaq. Ekspozisiyaya 3-4 mart tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə təskil olunan “Qadınlar gününə həsr olunmuş yaradıcılıq görüşü” zamanı yaradılmış əsərlərdə daxil olunub.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Echo.az, Yanicaq.az, Art, Azetac, Frame.az.

Şərab dəstəyi Hillside brendi

Giriş pulsuzdur

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: