MədəniyyətQalereyaSərgiTəqdimat

Art Villa-da tanınmış rəssam Nazim Məmmədovun xatirəsi yad edilib

Bakıda açıq səma altında tanınmış rəssam və rejissor Nazim Məmmədovun xatirəsinə həsr olunmuş plener keçirilib.

Qeyd edək ki, ilk cizgi fılmlərinin müəllifi olan sənətkar Azərbaycanda animasiya janrının inkişafına əvəzsiz töhfələr verib. Onun adı ən sevımlı cizgi fılmləri ilə bağlıdır. O, rəsm, uşaq kitab illüstrasiyası ilə yanaşı, həm də rəngkarlıq, qrafika janrı ilə də məşğul olub. Rəssamın əsərləri ölkəmizlə yanaşı, xaricdə də tanınır.

Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib.

Məhz bu gün münasibəti ilə Art Villa-da açıq səma altında təşkil olunmuş plenerdə bir neçə gənc və istedadlı  rəssamlar və həmçinin yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edib, müxtəlif rəsm əsərləri çəkiblər.

Plenerdə iştirak edən rəssamlar Rəhimli Nəzrin, Qəribova İlahə, Mirzəyeva Aytac, Ağayeva Fatimə, Aslanlı Orxan, Yaqubov Sahib, Orucova Leyla, Şiqayeva Darya və Marti Jeykob. Tədbirin içki dəstəyi Hillside şərabları.

Tədbir Gənclər Şəbəkəsinin təşəbbüsü ilə, Azərbaycan İncəsənət Konsulluğunun (“Arts Council Azerbaijan”), Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!