“Artım”-da növbəti sərgi

“YARAT” Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında “Sıfır” adlı sərgi açılıb.

Frame.az xəbər verir ki, gənc rəssamlar Şahnaz Ağayeva, Hatəm Əlizadə, Qafar Rzayev, Mousa Bəyzadə, Etibar İsmayılov, İlahə Xalıqova, Aydan Mirzəyeva və Aqil Tahirlinin əsərlərinin yer aldığı qrup sərgisinin kuratoru tanınmış Azərbaycan rəssamı Faiq Əhməddir.

“ARTIM LAB” layihə çərçivəsində baş tutan sərgi rəssam Faiq Əhmədin rəhbərliyi altında keçirilən ustad dərslərinin nəticəsidir. Yaradıcılıq prosesində rəssamlar boşluq və bütövlük vəziyyətini əks etdirərək, bu vəziyyətləri dərindən dərk etməyə çalışıblar. Rəssamlar, eyni zamanda, öz fərdiyyətindən uzaqlaşmağa və öz mahiyyətlərinin anlaşılmasına yaxınlaşmağa cəhd göstəriblər.

Ustad dərslərinin hər biri öz reallığında olan rəssam və seyrçinin gözləntiləri və münasibətləri çərçivəsində yaradıcılıq prosesini nəzərdən keçirir. Ustad dərsi insanı ekzistensial məsələlərə qaytarır, tədbir iştirakçıları üçün isə istehsal dövriyyəsindən qurtulmaq və onu qısa müddətə dayandırmaq, individualist mədəniyyətin təzyiqindən və incəsənət bazarının diktə etdiyi rəqabətədavamlılıq standartlarından imtina etmək cəhdi idi.

“ARTIM LAB” layihəsi çərçivəsində keçirilən bu 24 saatlıq sərgi bir eksperimentdir və sənətkarın ən sadə və eyni zamanda, ən əzəmətli yolla cəmiyyətlə necə vəhdət qurmaq sualına cavab əldə etməkdir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: