Artıq “İdeal” mağazaları da BSF-də!

“İdeal” mağazalar şəbəkəsi aprelin 10-dan mayın 10-dək Bakı şəhərində keçirilən ilk Bakı Şopinq Festivalına qoşuldu! “İdeal”-ın paytaxtımızda fəaliyyət göstərən 15 mağazası Festival dövründə Bakı sakinləri və şəhərimizin qonaqlarına məşhur “İdeal” və “MAC” mağazalarında əlverişli alış-veriş etmək fürsətini təqdim edir!

Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirimlər bu yaz günlərini daha da qızmar edəcək. Belə ki, bütün alıcılar “İdeal” mağazalarında seçilmiş mallara 70 faizədək endirimlər, eləcə də ƏDV-ni geri almaq imkanı qazanacaqlar. Güzəşt və endirimlər mayın 10-dək güvvədə olacaq.

Bakı Şopinq Festivalı alıcıları “İdeal”ın “Baku Shopping Festival – Tax Free” loqosu olan 15 mağazasında alış-veriş edərək təqdim edilən güzəştlərdən yararlanmağa dəvət edir.

Bundan əlavə olaraq, Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-nadək müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.

Sevdiyiniz, bəyəndiyiniz malları  sərfəli qiymətlərlə əldə edib üstəlik  ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı  mağazalarda alış-veriş etməyə tələsin! Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: