EventsQalereyaSərgi

Arts Council Azerbaijan “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün sərgi təşkil edir

İştirak etmək istəyənlərin nəzərinə!!!

Hamı sərgidə iştirak etməyə dəvətlidir. Mövzu sərbəstdir. Əsərin minimal ölcü 50×70 olmalıdır. İştirak üçün əsərlərinizin fotosunu, ölcüsünü, rəssamın adını və əlagə nömrəsini qeyd edərək 20 aprel 2018-ci il tarixinədək göstərilən ünvana göndərməyinizi xahiş edirik: sergi@artscouncil.az

Arts Council Azerbaijan “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Mədəniyyət və turizm Nazirliyi və Gənclər Şəbəkəsnin təşkilatçılığı ilə sərgi təşkil edir. Sərginin kuratoru Natalya Yarkovayadır.

“Start” layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif mövzuda işlənən sənət əsərləri sərgilənəcək.

Sərgini açılışı 1 may 2018-ci il tarixində Art Tower qalereyasında saat 19:00-da olacaq.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə əsas məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Echo.az, Yanicaq.az, Art, Azetac, Frame.az

Şərab dəstəyi Hillside brendi

Giriş pulsuzdur

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!