Arts Council Azerbaijan yeni layihəyə “START” verdi

Arts Council Azerbaijan “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Mədəniyyət və turizm Nazirliyi və Gənclər Şəbəkəsnin təşkilatçılığı ilə sərgi təşkil edir. Sərginin kuratoru Natalya Yarkovayadır.

“Start” layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstəkolmaqdır. Sərgidə müxtəlif mövzuda işlənən sənət əsərləri sərgilənəcək.

Sərgini açılışı 12 dekabr 2017-ci il tarixində Art Tower qalereyasında saat 19:00-da olacaq.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə əsas məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.

Giriş pulsuzdur.

İştirak etmək istəyənlərin nəzərinə!!!
Hamı sərgidə iştirak etməyə dəvətlidir. Mövzu sərbəstdir. İştirak üçün əsərlərinizin fotolarını 1 dekabr 2017-ci il tarixinədək göstərilən ünvana göndərməyinizi xahiş edirik:
sergi@artscouncil.az

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: