FinansIqtisadiyyatTəqdimatƏn SonƏn Son

ASA 1-ci yarımil üzrə göstəriciləri ictimaiyyətə açıqlayıb

Ölkəmizdə sığorta sektorunun inkişafına ayrılan diqqət və görülən tədbirlər nəticəsində bu sahə ildən-ilə daha da böyüyür. Mərkəzi Bank requlyator təyin edildikdən sonra nəzarətin gücləndirilməsi, sığorta şirkətlərinin təhlili vəbazarın qiymətləndirilməsi, eyni zamanda əhali arasında maarifləndirilmə işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirildi.

Azərbaycanda sığorta bazarının inkişaf potensialı yüksək olsa da,hal-hazırda bu potensialdan yetərincə istifadə edilmir. Buna baxmayaraq 10 il öncəki göstəricilərlə cari dövrü müqayisə etdikdə mövcud irəliləyişi aydın şəkildə görmək mümkündür. Lakin baş verən gözlənilməz hadisələr ümumi iqtisadiyyata təsir göstərdiyi kimi, maliyyə bazarının əsas təkib hissəsi olan sığorta sektorundan da yan keçmədi.

Sürətlə yayılan koronavirustəkcə insanların sağlamlığına zərər vurmadı, eyni zamanda ölkələrin iqtisadiyyatınıda dərindən zədələdi. Yerli sığorta bazarında ayrı-ayrı sığorta növlərində epidemiyanın təsiri birbaşa hiss edildi, bəzilərində isə mülayim dinamika müşahidə olundu.

Səfər sığortası üzrə azalma tendensiyası davam edir  – Artıq hamıya məlumdur ki, pandemiya ən ağır zərbəni turizm sektoruna vurdu. Uzun müddət sərhədlərin bağlı olması və ölkələrarası gediş- gəlişə qadağa qoyulması və ya qismən məhdudlaşdırılması sığortanın bu növü üzrə bağlanan müqavilələrin kəskin azalmasına səbəb oldu. Nəticədə 2019-cu ilin ilk rübündə2018-ci ilin eyni dövrü ilə müqayisədə bu məhsul üzrə18%-likartım müşahidə edildiyi halda,2020-ci ilin 1-ci yarımilindəilk dəfə olaraqyığımlar 100 %-dək azaldı.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərdə azalma davam edir –Respublika ərazisində avtomobillərdən istifadə hallarının günbəgün artmasına  baxmayaraq, təəssüf ki, sürücülərin bir qismiavtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü haqqında kifayət qədər məlumatlı deyillər. AVSMMİS məhsulu avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Sığortanın bu növü 2011-ci ildə qəbul edilən “İcbari sığortalar” haqqında qanunla tənzimlənir.

Cari ilin birinci rübündə,ötən ilin eyni dövrü ilə müqayisədə AVSMMİS üzrə yığımlarda 15%, ödənişlərdə isə 16% azalma baş verdi. Azalmaya səbəb olaraq əsas iki amili qeyd etmək mümkündür:

Hal-hazırda qanuna əsasən sığorta şirkətləri sürücülərə İcbari Sığorta Bürosunun təyin etdiyi qiymətdən əlavə endirim edə bilməz. Bu gün respublikada bəzi sürücülərin sığorta haqlarında 40%-ə qədər endirim mövcuddur. İldən- ilə tətbiq edilən bu cür endirimlər yığımlara da öz təsirini göstərir.

Yığımların azalmasına təsir edən digər amil isəölkəmizdə tətbiq olunan izolasiya qaydalarıoldu. Avtomobildən istifadə hallarının azalması paralel olaraq həmin dövr ərzində yenilənən müqavilələrin sayının azalması ilə nəticələndi.

Qeyd edək ki, 2020-ci ilin ilk rübündə icbari sığorta növləri üzrə edilən ödənişlərin 82%- i bu məhsulun üzərinə düşür.Lakin hər bir halda AVİSMMİSşirkətlər üçün zərərli məhsul hesab olunur.

Pandemiya müddətində KASKO üzrə təbliğat gücləndirildi-Sığorta bazarının əsas hərəkətverici qüvvəsi icbari növləri olsada, könüllü sığorta məhsullarıbazarın inkişafı baxımından əhəmiyyətli rola malikdir.

Könüllü qeyri -həyat sığorta sinifinə daxil olan ən çox tanınan məhsullardan biri KASKO sığortasıdır. Dünyanın bir çox ölkələrində bu məhsul yüksək paya malik olasa dayerli sığorta bazarında vəziyyət bir qədər fərqlidir. 2020-ci ilin ilk 6 ayının yekun göstəricilərinə nəzər saldıqda KASKO sığortasının ümümi bazarda payının 5% -ə bərabər olduğunu görə bilərik. Qeyri-həyat sığorta bazarında isə bu məhsulun payı 9%-ə barəbərdir. KASKO sığortası avtomobili bir çox risklərə qarşı sığortalamasına baxmayaraq, təssüf ki, indiki vəziyyətdə sürücülər bu məhsul barədə ya məlumatsızdırlar, yada onun faydalarında yararlanmaq istəmirlər. Könüllü sığorta məhsulları üzrə bağlanan müqavilələrin sayının artması sığorta mədəniyyətinin dərinləşməsindən və məlumatlandırılmadan birbaşa asılıdır.

Buna baxmayaraq ildən -ilə sığorta şirkətləri tərəfindənKASKO sığortası ilə bağlı məlumatlandırma və maarifləndirmə işləri artırılır. Xüsusilədə pandemiya dövründə sığorta şirkətləri fəaliyyət istiqamətlərini daha çox könüllü sığorta məhsullarının satışının artırılmasına və bu məhsulların tanıdılmasına yönləndirdi. Demək olar ki, bütün şirkətlər bu müddətdə KASKO məhsulu üzrə müxtəlif kampaniyalar həyata keçirdi, əlavə təkliflər irəli sürdü. Nəticədəcari ilin ilk rübündə ötən ilin eyni dövrünə nisbətən məhsul üzrə 29%-lik artım qeydə alındı.

Əmlak sığortası üzrə artım mülayim tempdə də olsa davam edir – Əmlak sığortası ötən ilin son aylarından etibarən ən geniş yayılan sığorta növlərindən biridir. Sığortanın bu növünün icbari olmasına baxmayaraq, AVSMMİS kimi cərimə mexanizminin hazır olmaması və elektron nəzarətin tam tətbiq edilməməsiməhsulun satışını lazımisəviyyədə təşkil etməyi çətinləşdirir. İlin əvvəlindən sığorta şirkətlərin əsas diqqəti əmlak sığortasının təbliğinə yönəltsədə Respublikada, xüsusilə də bölgələrdə icbari sığortası olmayan çoxlu sayda əmlak qalmaqdadır. Lakin bununla belə əmlak sığortası üzrə 2020-ci ilin ilk rübündəötən ilin analoji dövrü ilə müqayisədə 40%-lik artım görə bilərik.

Sığorta şirkətləri pandemiya dövründə könüllü sığorta məhsullarının satışına və tanıdılmasına daha çox diqqət yetirməyə başladılar. 2020-ci ilin ilk rübündə bu sinifə daxil olan məhsullar üzrə yığımlarda ötən ilin eyni dövrü ilə müqayisədə 13%, ödənişlərdə isə 85% artım qeydə alındı.qeydə alındı.

Ümumiyyətlə, pandemiya ilə əlaqədar bu ilin əvvəlində nəzərdə tutulan göstəricilərə nail olmaq mümkün olmasa da qeyd edilən dövrdə yığımlarda 11%, ödənişlərdə isə 55% artım müşahidə edilmişdir.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!