ASAN könüllüləri “Coca-Cola” zavodu ilə tanış olublar

“Coca-Cola” ilə əməkdaşlıq çərçivəsində ASAN xidmətin 200-ə yaxın könüllüləri “Azerbaijan Coca-Cola Bottlers”şirkətinin sərinləşdirici içkilər istehsalı zavoduna təşkil olunan ekskursiyada iştirak ediblər. İctimai fəallığı ilə tanınan ASAN könüllüləri neçə ildir ki, “Coca-Cola” ilə birgə müxtəlif sosial layihələr həyata keçirir. Bu il isə ASAN könüllüləri “Coca-Cola” zavodunda istehsal olunan məhsullar, onun keyfiyyəti, istehsal prosesi və prosesi idarə edən müxtəlif peşə sahibləri ilə tanış olublar.

Ekskursiya zamanı gənclərə”Azerbaijan Coca-Cola Bottlers” şirkətinin aparıcı mütəxəssisləri tərəfindən “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy”, “Fuse Tea” və “Burn” məhsullarının istehsalı, qablaşdırılması, suyun təmizlənməsi və s. haqda ətraflı məlumat verilib. Tədbir çərçivəsində iştirakçılar içkilərin istehsalının əsas mərhələləri, təhlükəsizlik və keyfiyyətə nəzarət sistemləri, zavodda istehsal proseslərini idarə edən əsas peşə növləri ilə yaxından tanış olublar.

Zavodun direktoru, biologiya elmləri doktoru Rəna Məmmədova gəncləri salamlayaraq “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin tarixi, zavodun istehsal gücü və istehsal mərhələləri haqqında məlum verib. Şirkətin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Aydın Qurbanov isə qida sənayesində beynəlxalq keyfiyyət standartlarının “Coca-Cola” məhsullarının istehsalı zamanı necə təmin edilməsinə dair təqdimatlaçıxış edib.

“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev “Coca-Cola” ilə ASAN Xidmət Könüllüləri təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən sosial məsuliyyət layihələri haqqında məlumat verib və könüllülərə bu cür layihələrdə fəal iştiraklarına görə təşəkkürünü bildirib.

“Coca-Cola” nəinki özünün dünya səviyyəli keyfiyyətli içkiləri ilə tanınır, eyni zamanda, fəaliyyətdə olduğu hər bir ölkənin sosial rifahı üçün müxtəlif layihələrə dəstək olur. Belə layihələri isə nüfuzlu və təcrübəli təşkilatlarla, fəal könüllülərlə birgə həyata keçiririk. Bizim üçün çox xoşdur ki, hamımızın sevdiyi savadlı, vətənpərvər, müasir gənclər kimi tanıdığımız ASAN könüllüləri sosial layihələrin icrasında xüsusi fəallıq göstərir və bu layihələr arasında “Coca-Cola” ilə birgə həyata keçirilən bir sıra maraqlı layihələr də mövcuddur”, – deyə Elşad Fərzəliyev qeyd edib.

Fərzəliyev könüllülərin maraq dairələrinin genişləndirilməsi, onların gələcək peşə fəaliyyətinə hazırlığı üçün belə biznes turların keçirilməsinin vacibliyini də vurğulayıb.

Ekskursiya zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədrinin müşaviri Nadir Adilovun “Könüllülük: uğur formulu” kitabı gənclərə hədiyyə edilib. Təqdimatda iştirak edən Nadir Adilov ASAN könüllüləri hərəkatından danışıb, könüllüləri maraqlandıran suallara cavab verib və müəllif olduğu kitabı imzalayaraq iştirakçılara təqdim edib.

“Kitabın yazılmasına və könüllülər hərəkatının perspektivlərinə olan inamımızın artmasına ölkə başçısının könüllülük təsisatına dair mövqeyi əsas stimul olub.  Dövlət başçısının qeyd etdiyi kimi, könüllülük işi çox nəcib işdir və hər bir gəncin öz dövlətinə bağlılığını göstərir.Məqsədi uğur əldə etmək, cəmiyyətimizin inkişafı üçün çalışmaq olan gənclər könüllülər hərəkatına qoşularaq öz şəxsi inkişafı üzərində çalışmalı və karyeralarında ilk addımları atmaqdan çəkinməməlidirlər. “Coca-Cola” kimi sosial məsuliyyətli şirkətlərin bizim könüllülərlə əməkdaşlığı isə bizi çox sevindirir. Əminik ki, bu əməkdaşlıq cəmiyyətimizin rifahı və könüllülərin inkişafı naminə davam edəcək”, – deyə Nadir Adilov bildirib.

Daha sonra “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin insan resursları üzrə təlimçisi Kamil Babayev şirkətin dəstəklədiyi sosial layihələr, onun fəaliyyəti və bu fəaliyyəti təmin edən müxtəlif peşələr haqqında gənclərə məlumat verib. “Coca-Cola” şirkətinin dəstəyi ilə həyata keçirilən “Ağac ək, təbiətə töhfə ver”, “Xəzər sahilyanı ərazilərinin təmizlənməsi” kimi layihələri misal gətirən Kamil Babayev bu cür sosial layihələrin ətraf mühitin qorunmasında əhəmiyyətindən və ASAN könüllülərinin iştirakının vacibliyindən danışıb. Onun sözlərinə görə, 1994-cü ildən etibarən Azərbaycanda təmsil olunan “Coca-Cola” şirkəti özünün qlobal inkişaf siyasətinin prioritetləri olan fərdi, iqtisadi və ekoloji firavanlığın təmin edilməsi üzrə Azərbaycanda bir sıra uzunmüddətli proqramlar həyata keçirir. Hazırda şirkətin hədəfi Bakı və onun ətrafında 2020-ci ilədək 100 min ağac əkməkdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: